Antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı - FOTO

Hazırda oxunan: Antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı - FOTO

18392

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gədəbəy şəhəri, M. Ə. Rasulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs İmamverdiyev Fizuli İmran oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədəki sexdə antisanitar şəraitdə çörək bişirilir - Yoxlama keçirildi 


Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtlı-vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi və müvafiq geyimlə təmin olunmadığı müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin