Cəbhəyə ancaq kişi aşbazlar gedə bilər – BAŞ KULİNAR

Hazırda oxunan: Cəbhəyə ancaq kişi aşbazlar gedə bilər – BAŞ KULİNAR

1839

“Ön cəbhədə  çalışmaq üçün bizə xanımlar, yaşlı qadınlar müraciət etməsinlər”.

Bunu Bizim.Media-nın “Ön cəbhəyə hərbi aşbazlar hansı qayda ilə cəlb olunur” sualına cavab olaraq Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib.

Baş kulinar əlavə edib ki, yalnız peşəkar aşbazlar Milli Kulinariya Mərkəzinə müraciət edə bilərlər və onlar da əsasən cavan kişilər olamalıdır:  

“Qadın aşbazlar bizdən inciyirlər. Amma müharibənin şərtləri xanımlar üçün deyil. Ordumuz günü-gündən uğur qazanır, ərazilərimiz genişlənir. Hər dəfə mətbəxt əşyalarını aparmaq, gətirmək, zəruri olan yerlərdə yemək bişirmək xanımlar üçün əlverişsizdir”. 

Baş kulinar bildirib ki, hazırda aşbaz çatışmazlığı yoxdur. Hər həftə mərhələli şəkildə tələb olunan qədər aşbaz yola salırıq: 

“Cəbhəyə hərbi aşbazlıq sertifikatı olan şəxslər lazımdır. Çünki onlar bilirlər səngərdə yemək necə bişirilməlidir. Bunun tüstüsü var, istisi var, hamısı nəzərə alınmalıdır.”

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin