Qohumunun pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb

Hazırda oxunan: Qohumunun pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb

183735

Yardımlı rayon sakinin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb.

Bizim.Media bildirir ki, Ə.Təhməzlinin həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib. Kart təqaüd kartı olub.

Cinayət hadisəsi ilə müvafiq qurumda aşdırmalar davam etdirilir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin