Tanınmış 2 hakim təqaüdə göndərilir

Hazırda oxunan: Tanınmış 2 hakim təqaüdə göndərilir

183705

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki tanınmış hakimi təqaüdə göndərilir.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, onlar Əhməd Quliyev və Mahmud Ağalarovdur.

Yaş həddi ilə bağlı artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Hazırda araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətlərini tamamlayacaqlar.
Qeyd edək ki, 65 yaşlı Ə.Quliyev və M.Ağalarov uzun illərdir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləridir. Onların icraatında ölkə gündəmində olan bir çox səs-küylü məhkəmə işləri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin