Əlverişsiz havada yolunu azan Azərbaycan hərbçisi AİLƏSİNƏ QOVUŞDU

Hazırda oxunan: Əlverişsiz havada yolunu azan Azərbaycan hərbçisi AİLƏSİNƏ QOVUŞDU

183661

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi, Ruslan Pənahov doğulduğu Şəmkir rayonuna gəlib.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, Ruslan Pənahov bu gün axşam saatlarında ailəsinə qovuşub.

Qeyd edək ki, Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi martın 5-də Ermənistandan Bakıya gətirilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə açıqlama yayaraq, şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb. Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub.

Martın 4-də Ermənistan İstintaq Komitəsi Azərbaycan hərbçisi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda, xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin