“Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz” - Abel Məhərrəmov

Hazırda oxunan: “Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz” - Abel Məhərrəmov

18364

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov oğlu Anar Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmasından danışıb.

Bizim.Media-nın xəbərinə görə, Abel Məhərrəmov Demokrat.az-a açıqlamasında deyib ki, oğlu ilə bağlı qərar normal qarşılanmalıdır:

“Oğlumun geri çağırılmasına normal baxıram. Çünki səfirlərlə bağlı belə qayda var ki, mütləq 5 ildən bir dəyişilirlər. Cənab Prezidentin verdiyi istənilən qərar bizi qane edir. Bu məsələ cənab Prezidentin tam səlahiyyətində olan məsələdir. Allah onu qorusun, nə məsələhət bilər, biz də ona hazırıq”.

Sabiq rektor oğlunun peşəkar diplomat olduğunu və 6 xarici dilə yiyələndiyini bildirib:

“Oğlum 20 ildir ki, diplomatiya sahəsində çalışır, Avropada təhsil alıb, ingilis, rus, fransız, ispan, portuqal və türk dillərini bilir. Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz, ya iş verərlər, ya da Allahın köməyi ilə bir yerə təyin olunar. İkisi də bizi qane edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin