“Avronest PA öz məqsədlərindən kənara çıxır” – Soltan Məmmədov

Hazırda oxunan: “Avronest PA öz məqsədlərindən kənara çıxır” – Soltan Məmmədov

183571

“Avronest Parlament Assambleyası təsis olunmasına dair aktın əsas prinsiplərində biri əməkdaşlığa təkan vermək idi. Lakin biz bu gün Avronest Parlament Assambleyasının öz məqsədlərindən kənara çıxdığını müşahidə edirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar sessiyasının ikinci işçi iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov deyib.

O, qeyd edib ki, Sosial Komitədən təqdim olunmuş hesabata dair səsvermənin nəticələri "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında sülhə, əməkdaşlığa deyil, əksinə düşmənçilik toxumlarını yenidən cücərtməyə xidmət edir.
Deputat bildirib ki, bu gün bütün dünya böyük problemlərlə - münaqişələrlə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlarla mübarizə aparır. Azərbaycan bu tarixi anda qlobal enerji təhlükəsizliyinə töhfə verir, yaşıl enerjiyə keçid istiqamətində uğurlu addımlar atır: 

“Dünya bəlkə də heç vaxt indiki qədər təhlükəli olmayıb. Söhbət, bütün bəşəriyyətə, indiki və gələcək nəsillərə təhdid yaradan mürəkkəb problemlərin zəncirvari əlaqəsindən gedir. Hesabat reallıqları əks etdirmir. Təqdim etdiyimiz təklif və düzəlişlər qəbul edilmədi. Halbuki, bütün təkliflər beynəlxalq hüquqa, BMT, Avropa Şurası və digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə əsaslanır”.

Soltan Məmmədov qeyd edib ki, Avronest PA tərəfsiz olmalı və bütün üzvlərinin bərbərhüquqluğunu qəbul etməlidir:

“Biz azərbaycanlı qaçqınların məsələsinin sənəddə əksini tapmasını təklif etmişdik. Onları yardım göstərilməsi təklif olunan digər Şərq tərəfdaşlığı ölkələrindəki qaçqınlardan fərqləndirən nədir?”.

Deputat qeyd edib ki, Azərbaycan nümayəndə heyəti sülh kontekstindən kənara çıxan, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə ziddiyyət təşkil edən hesabatın əleyhinə səs verəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin