21-ci əsrdə internetsiz qalan Qasımbəyli kəndi - FOTO

Hazırda oxunan: 21-ci əsrdə internetsiz qalan Qasımbəyli kəndi - FOTO

183489

Ağsunun Qasımbəyli kənd sakinləri illərdir kənddə internet üzünə həsrət qalıblar. Qonşu kəndlərə internet çəkildiyi halda Qasımbəyli camaatı bu imkandan kənarda qalıb. Mövcud vəziyyətdən təngə gələn sakinlər bu biganəliyə son qoyulmasını istəyirlər.

Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblər. Ağsunun Qasımbəyli kəndində 45-ə yaxın ev, 300-ə yaxın sakin illərdir kəndə internet xəttinin çəkiləcəyi günü səbirsizliklə gözləyir. 

Təqribən 7 evə internet xətti çəkilsə də, geridə qalan sakinlərə bu xidmət göstərilməyib. Səbəb olaraq onlara adlarının layihədə olmadığı deyilib. Özlərinə qarşı ögey münasibətdən hiddətlənən sakinlər aidiyyəti qurumlardan kömək gözləyir.


Kənd sakinləri Neman Hacalıyev və Rauf Şükürov deyirlər ki, kənddə  internetin olmaması səbəbindən hər ay 60-80 manat internet paketlərinə pul xərcləməli oluruq ki, bu da bizim büdcəmiz üçün çox baha başa gəlir.

Bundan başqa internetin olmaması səbəbindən məktəbli uşaqlar da təhsildən geri qalırlar. Müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirə bilmirlər.

Kənd sakini Kamran Əsgərov deyir ki, internet xətti kəndin içərisindən keçərək qonşu kəndlərə gedir, amma biz ona baxa-baxa qalırıq:


"21 əsrdə insanlar kosmosa gedir, amma biz hələ internet üzünə həsrət qalmışıq. Dəfələrlə müraciət etməyimizə baxmayaraq bir dəfə də olsun müsbət cavab ala bilməmişik. Kənddən keçən internet xətti neçə vaxtdır qırılıb düşüb yerə, üzərindən insanlar,heyvanlar keçir, amma gəlib baxan,  yığışdıran yoxdur. Ümumiyyətlə aidiyyatı qurumların nümayəndələri bu kənddə baxmırlər, heç elə bil burda belə bir kənd yoxdur".

Sakinləri dinlədikdən sonra məsələ ilə bağlı "Aztelekom"la əlaqə saxladıq, qurumdan cavab olaraq Bizim.Media-nın Aran bürosuna bildirildi ki, sözügedən layihə çərçivəsində “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Filialının xidməti ərazisində də müasir texnologiyaların tətbiqi ilə şəbəkə genişləndirilir. 


2024-cü ilin sonuna qədər Qasımbəyli kəndi üzrə genişzolaqlı internet texnologiyasının tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, ümumilikdə ölkədə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir.
































Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin