XƏBƏRDARLIQ: Mənzil fırıldaqçılığının yeni növü ortaya çıxdı

Hazırda oxunan: XƏBƏRDARLIQ: Mənzil fırıldaqçılığının yeni növü ortaya çıxdı

183465

Rusiyanın böyük şəhərlərində mənzil fırıldaqçılığının yeni növü ortaya çıxıb. Belə ki, cinayətkarlar müştərilərə satmaq istədikləri mənzilləri deyil, başqa mənzil göstərirlər.

Bizim.Media “Rosreestr Kuzbass” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə “Kuzbass Rieltorlar Assosiasiyası”nın icraçı direktoru Dmitri Kolçin xəbərdarlıq edib.

“Satıcı alıcını küçədə qarşılayır və böyük canfəşanlıqla onu başqa ünvana, yəni satmağı planlaşdırdığı mənzilə deyil, qonşuluqda bir-iki günlük kirayə qaldığı mənzilə aparır. Halbuki, əsas mənzil, bir qayda olaraq, yüksək keyfiyyətli təmirlidir. Üstəlik, böyük kvadrat metrə və pəncərədən yaxşı mənzərəyə malikdir” - deyə ekspert bildirib.

Kolçin əlavə edib ki, fırıldaqçılar alıcını çaşdırmaq üçün bəzən qapının üstündəki nömrəni də dəyişirlər. 

“Müqaviləni bağladıqdan və pul köçürdükdən sonra yeni sahib bir çox problemlə üz-üzə qalır. Bunun üçün öncədən lövhədəki küçə adını və ev nömrəsini özünüz yoxlayın və qonşu mənzillərdəki nömrələrə baxmaq üçün tənbəllik etməyin. Əks halda məhkəmədə nəyisə sübut etmək çox problemli olacaq” – deyə rieltor xəbərdarlıq edib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin