Naxçıvanda bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.
Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Bizim.Media