Şəki Dövlət Dram Teatrı bayram tətili günlərində balaca tamaşaçıları üçün xüsusi proqram və tamaşa təqdim edir.
Bizim.Media-nın yerli bürosu teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədovaya istinadən bildirir ki, tamaşalar ayın 26-dək davam edəcək.
L. Məmmədovanın sözlərinə görə, Novruz bayramı münasibətilə teatrın kollektivi uşaqlar üçün dramaturq Mehman Musabəylinin “Ana keçi ilə canavarın davası” adlı ssenari əsasında nağıl-tamaşa hazırlayıb.
Tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Qurban Rəsulov, Nərmin Abbasova, Nazilə İmamhüseynova, Fidan Lətifova, Günay Novruzəliyeva və başqaları ifa edirlər.
Qeyd edək ki, sabah Şəkidə həm də ümumrayon Novruz bayramı tədbiri keçiriləcək.
“Yuxarı Baş” Milli Tarix Qoruğu ərazisində isə bayram günləri üçün ayrıca proqramlar nəzərdə tutulur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 20.03.2024
Bayram günləri yolu Şəkidən düşənlər üçün MÜJDƏ - FOTO
Hazırda oxunan: Bayram günləri yolu Şəkidən düşənlər üçün MÜJDƏ - FOTO
Hazırda oxunan: Bayram günləri yolu Şəkidən düşənlər üçün MÜJDƏ - FOTO
183418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.