Qohumlarını diri-diri yandırdı, başlarını daşla əzdi - Gədəbəydə qorxu filmini xatırladan QƏTL 

Hazırda oxunan: Qohumlarını diri-diri yandırdı, başlarını daşla əzdi - Gədəbəydə qorxu filmini xatırladan QƏTL 

18340

Ötən ilin 12 iyul tarixində Gədəbəy rayonunun Qurudərə kəndində əmisini amansızlıqla öldürən, onun arvadını isə qətlə yetirməyə cəhd edən 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurudərə kənd sakini olan əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu amansızlıqla öldürən, əmisinin həyat yoldaşı, 1959-ci il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını isə öldürməyə cəhd edən Arzu İsgəndərov barəsində 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilinib.

İstintaqa məlum olub ki, Arzu İsgəndərovun ailəsi ilə əmisinin ailəsi arasında hadisədən əvvəl tez-tez münaqişə və mübahisələr baş verirmiş.

Son olaraq Oruc İsgəndərovun onların evinin yaxınlığında sel sularının keçdiyi yarğana daş boşaltdırması münasibətləri daha da kəskinləşdirib. Evdən bıçaq və yandırıcı məhlul götürən Arzu əmisi və arvadını öldürmək məqsədilə onların evinə gəlib.

O, əvvəlcə əmisinin arvadı Sənubərlə qarşılaşıb və evin girişində qadına çoxsaylı bıçaq zərbləri endirib. Qadının yıxıldığını görən Arzu həyətdə işləyən əmisini görüb və ona yaxınlaşaraq bıçaqla çoxsaylı zərbələr endirib. Əmisinin qan içində yıxıldığını görən Arzu daha sonra məhlulu tökərək əmisini yandırıb.

Bundan sonra yenidən evə qayıdan şəxs əmisinin evini yandırmağa və onun arvadının tam öldüyünə əmin olmağa çalışıb.

O, evə benzin tökərək od vurub. Lakin Sənubərin evdə olmadığını görərək ardınca küçəyə çıxıb. Bu zaman qan içindəki qadının uzaqlaşmaq istədiyini görüb və qaça-qaça ona yaxınlaşaraq başına daşla zərbələr endirib. Ətrafdan gələn şəxslər çoxsağylı bıçaq xəsarətləri və başından daş zərbələri alan qadını onun əlindən alaraq xəstəxanaya aparıblar.

Ürəyi soyumayan A.İsgəndərov daha sonra yenidən əmisinin həyətinə qayıdaraq daşla onun başına da ağır zərbələr endirib.

Oruc İsgəndərov yerindəcə keçinib. Qadın isə xəstəxanaya çatdırılıb və vaxtında tibbi yardım göstərildiyi üçün sağ qala bilib. (publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin