Daha bir yüksəkvəzifəli şəxs həbs olundu - Bu dəfə “Dayı”...

Hazırda oxunan: Daha bir yüksəkvəzifəli şəxs həbs olundu - Bu dəfə “Dayı”...

183353

Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi həbs olunub. 

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Quru Qoşunların mühasibi Əliyev Alı İsrayıl oğlundan gedir.

Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.

Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Məlumat Hərbi Prokurorluqdan saytımıza təsdiq edilib.
Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin