İqtisadiyyat naziri Mikayıl Cabbarov İlaxır çərşənbə münasibəti Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, nazir bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, bu çərşənbənin adətlərindən söz açıb:
“İlaxır çərşənbə torpağın oyanması və təbiətin yeni mövsümə hazır olması ilə səciyyələnir. Xüsusi təmtəraqla qeyd edilən bu çərşənbənin özünəməxsus ənənələri insanlar arasında birliyi, zəhmətkeşliyi və xeyirxahlığı ifadə edir. İlaxır çərşənbənizi təbrik edir, əmin-amanlıq, bolluq və bayram ovqatı arzulayırıq”.
Bizim.Media