Naxçıvanda quş qripinə yoluxma AŞKARLANIB? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Naxçıvanda quş qripinə yoluxma AŞKARLANIB? – Rəsmi AÇIQLAMA 

183150

Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikası ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azərtag-a verilən məlumata görə, keçirilmiş tədbir epizotik risk əsasında müəyyən olunmuş təbiət əraziləri və su hövzələri ətrafı əhatə edib.

Həmin ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəliyə şübhəli və ya tələf olmuş quşlar aşkar edilməyib.

Monitorinq çərçivəsində Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən 6 sənaye əsaslı quşçuluq müəssisəsindən 60 baş, habelə şəhər və rayonlardan ümumilikdə 8 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 40 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinq zamanı ev quşlarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quş aşkar edilməyib.
Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin