Qusar rayon sakini Ukrayna-Rusiya müharibəsində həlak olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə 45 yaşlı Faiq Bəxtiyar oğlu Muradov Rusiya tərəfdən döyüşürmüş.
Mərhumun nəşi doğulduğu Qusarın Mucuq kəndinə gətirilib. Bu gün saat 14:00-da Mucuq kənd məzarlığında torpağa tapşırılacaq.
Faktı Bizim.Media-ya Mucuq kənd ərazi üzrə icra nümayəndəliyi təsdiq edib.
Mərhum subay olub və Rusiyaya işləməyə gedibmiş.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu