“XUDAFƏRİN”x9d dərgisi və HÜSEYN ŞƏRQİ...

Hazırda oxunan: “XUDAFƏRİN”x9d dərgisi və HÜSEYN ŞƏRQİ...

182875
Hüseyn Şərqi Dərəcək İbrahim oğlu Soytürk 1966-cı il Güney Azərbaycanın Xudafərin bölgəsində yurdsevər bir ailədə dünyaya göz açmışdır. O, Azərbaycan adət-ənənələrinin çox dərin köklərə malik olan qədim türk ənənələri ilə böyüyüb başa çatmışdır. İbtidai təhsilini Xudafərində fars dilində almaq məcburiyyətində qalmışdır. Hüseyn orta təhsilini Tehran şəhərində davam etdirmişdir. Tehranda universitetə daxil olmuş, tələbəliklə yanaşı müəllimliklə də məşğul olmuşdur. O, tələbəlik dövründə elmi-pedaqoji fəaliyyətlə yanaşı, ədəbi ictimai fəaliyyətlə də yaxından ilgilənmişdir. Tehranda çox az da olsa Azərbaycan dilində nəşr olunan nəşriyyat orqanlarının ən fəal üzvü kimi Azərbaycan mədəniyyətinin və elminin inkişafında rol oynamışdır. Tehranın «Rudhen» Universitetinin «Sosial elmlər və psixologiya» kafedrasında Sosiologiyanın Sosial xidmətlər bölümünü bitirərək «İran, Türkiyə və Azərbaycan türklərinin ortaq və fərqli cəhətləri» mövzusunda dissertasiya müdafiə etmiş, universitetin yeganə azərbaycanlı tələbəsi olaraq dilçilik elminin inkişafında yeni addım atmağı bacarmışdır. 1997-ci ildə Bakı Dövlət Universitetinin «Sosial elmlər və psixologiya» fakültəsinə «Sosial psixologiya» üzrə əyani aspirant (doktorant) kimi qəbul olunmuş və 2002-ci ilin noyabr ayında Sosial psixologiya ixtisası üzrə «Narkomanların kliniki və postkliniki reabilitasiyasının sosial-psixoloji problemləri» mövzusunda dissertasiya müdafiə edərək psixologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda o, Azərbaycan teleradio şirkətlərinin elm və təhsil redaksiyası ilə yaxından əməkdaşlıq etmiş, bir çox elmi, ədəbi və ictimai məqalələrin müəllifi olmuşdur. Tanınmış psixoloq doktor xa0Şərqi İranın Yazarlar Birliyi Qələm Dərnəyinin (1997), Sosial Elmlər üzrə Sosial Xidmətçilər Dərnəyinin (1994), İran Dünya Səyyahlar Birliyinin (1998) üzvü olmaqla yanaşı, Azərbaycan Psixiatrlar Assosiasiyasının (2002), Azərbaycan Yazıçılar Birliyinin (2003), Azərbaycan Jurnalistlər Birliyinin (2010) də üzvü dür. Ölkəsində psixoloq-məsləhətçi kimi çalışan H. Şərqi bir çox psixoloji məsələlərin həlli yönündə dünya əhəmiyyətli məqalələrin də müəllifidir. O, hal-hazırda elmi və psixoloji məsləhətlə yanaşı, xa02003-cü ildən xa0Tehranda yeganə aylıq azərbaycandilli «Xudafərin» jurnalının təsisçisi, baş redaktoru və məsul müdiridir.xa0
“Xudafərin”x9d jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixi, dilçi və s. nəslin formalaşmasına şərait yaradır. Jurnalda əsasən vətən, yurd təəsübü, milli qeyrət, qardaş tərəfkeşliyi, milli kimlik və birlik mövzularıdır. Jurnalın ilk nömrəsində doktor Cavad Heyət öz xeyir duasını verərək yazır: “Əsasən nəşriyyə çıxarmaq çətin bir işdir. Xüsusilə türk dilində olsa onun çətinlikləri hüdudsuzdur. Bu işin mənəvi-maddi əziyyətləri vardır. Ümid edirəm ki, onların hamısına sinə gələrək iradənizlə bu əziyyətləri yenəcək və çözəcəksiniz. Dərginiz müvəffəq olsun. Gələcəkdə bir məktəb kimi əbədiləşsin”x9d.
Hüseyn Məhəmmədzadə Sədiq, Eloğlu, ustad Behzad Behzadi, Gəncəli Səbahi Rəhim Rəisniya, Qulamrza Mücdəfər, Haşım Tərlan və s. ilk gündən “Xudafərin”x9d jurnalının səmimi və fədakar həmkarlarından olmuşlar. xa0“Xudafərin”x9d jurnalının ilk sayından by günə kimi M. Kərimi (El oğlu) xa0Azarbaycan klassik ədəbiyyat tarixinə aid farsca, yazdığı Azərbaycanın böyük şəxsiyyətləri haqqında qiymətli məlumatlar vermişdir. Jurnalın “Ağsaqqal”x9d rubrikasında Doktor Məhəmmədəli Fərzanə yazır: “Xalqımızın kimliyini, tarixililik varlığını işıqlandıran və hüriyyətimizi olduğu kimi üzə çıxarmaqda və hərəkatın təməl daşı olan dilimizi və mədəniyyətimizi, tarixin gəlişməsində yaradılan insani və mənəvi xarüqələri haşa etməkdə, xalqımızın demokratik və bərabərlik hüququnu ayaq altına salmaqla,lağa qoymaqla və bir sözlə iyrənc asimilyasyona uğrayan xalqların haqqında əməl etməkdə bu dərginin ifşa etdiyi və sarsıdıcı rolu olmuşdur.”x9d
M. Fərzanənin ana dilinin inkişafı uğrunda yazılan məqalələri, Gəncəli Səbahinin hekayələri, H. Tərlanın xa0acılı-şirinli xatirələri və ədəbi-tənqidi məqalələri, klassik və müasir ədəbiyyatdan seçilmiş nümunələr elə ilk gündən jurnalın nüfuzunun artmasına və oxucu sayının qazanmasına səbəb oldu. Sönməzin, Savalanın, Səhəndin, Sahirin, H. Tərlanın gözəl şeirləri oxucuların rəğbətini qazanmışdır.
“Xudafərin”x9d jurnalının uğurlarından biri də “Kim-kimdir?”x9d bölümündə adı və sənəti oxuculara bəlli olmayan şair və mütəfəkkirlərin həyat və yaradıcılığı haqqında məlumat, əsərlərindən örnəklər jurnalın səhifələrində ardıcıl olaraq nəzərə çarpır. M. Müsəddiq, S. Behrəngi, B. Azəroğlu, Ə. Tudə, H. Tərlan, G. Səbahi, Ə.Məhsuni,K.Sönməz, B.Q.Səhənd və başqa görkəmli şair və yazıçıların yaradıcılıqlarından geniş istifadə olunmuşdur.
“Xudafərin”x9d jurnalında hekayə, dram, poema, povest və s. janrlarını da əhatə edir. Bu janrlar Cənubi Azərbaycan ədəbiyyatı üçün şeir qədər ənənəvi olmadığından, jurnalda onların hərəsindən bir-iki nümunələr verməklə kifayətlənmişlər.
Folklor nümunələri ilə yanaşı, folklorun tədqiqinə həsr edilmiş məqalələrdə “Xudafərin» jurnalının səhifələrində layiqli yer tapmışdır. Bu cəhətdən aparıcı mövqedə Cənublu alim tədqiqatcılar dursa da, Şimallı alimlərin əsərlərindən də yeri gəldikcə istifada olunmuşdur. Klassik və çağdaş ədəbiyyatda olduğu kimi, folklor nümunələrində də müştərək mövzulara meyl jurnalın ilk saylarından ozünü göstərməkdədir. 5-ci sayından başlayaraq «Folklor (aşıq nağılları)» rubrikası altında verilən yazılar Əlirza Zihəqin “Aşıq ədəbiyyatı”x9d yazısı ilə başlayır.
Jurnalın 2006-ci il 19-ci sayında çap olunmuş professor Elməddin Əlibəyzadənin «Dədə Qorqud»un tarixi haqqında» və Məhəmməd Davuryarinin “Dədə Qorqud”x9d dastanında qadın surətləri”x9d xa0məqaləsi bu baxımdan diqqəti cəlb edir. Tədqiqatcılar zəngin tarixi mənbələrə və dastanın özünə əsaslanaraq xalqımızın bu möhtəşəm folklor abidəsinin yaranma tarixi barədə elmi dəqiqləşdirmələr aparmışlar.
Dərgidə şimallı yazıcı və şairlətin Cənub həsrəti, Cənubdakı qardaşları ilə mənəvi biriiyi əks etdirən əsərləri ilə yanaşı, Cənub müəlliflərin Şimal həsrətini, xüsusən son illərdə Azərbaycan xalqınııi başına gələn müsibətlərə həmdə həmrəliklərini əks etdirən əsərlərə yer verilmişdir. Rövşən Xəyavinin «0 taylıq, bu taylıq» şeiri - Şimali Az:ırbaycan ədəbiyyatındakı Cənub mövzusu ilə çox yaxından səsləşir:xa0
İllər boyu gözüm yolda,xa0
Mən bu tay da, yar o ta yda.xa0
Aşiqlərə budur qaydaÂxadxa0
Araz gəldi, yurdu böldü,xa0
Şahlar bizə cəpər hördü.xa0
«Xudafərin» dərgisində Şimali Azarbaycan adəbiyyatından verilmiş digər örnəklər hekayə, dram, poema, roman, povest janrlarını əhatə edir. Bu janrlar Cənubi Azərbaycan adəbiyyatı üçün şeir qədər ənənəvi olmadığından, jurnalda onların hərəsindən bir - iki nümunə vermaklə kifayətlanmişlər.
Dərgidə akademiklər İsa Həbibbəyli,Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev,Teymur Əhmədov, Maarifə Hacıyeva, Vüqar Əhməd,İslam Qəribli,Abbasqulu Nətəfzadə, tədqiqatçılar:fəlsəfə doktorları,elmi işçilər F. Süleymanoğlu, M. Mehdibəyova, , E. Şükürova, P. Məmmədli, L. Mirzəyeva və D. Rzayeva və s. silsilə məqalələrinin verilməsi ədəbi salnamənin əhatə etdiyi nüfuz dairəsi barədə də müəyyən təsəvvür yaradır. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

VÜQAR ƏHMƏD
filologiya elmləri doktoru.professor
AMEA N.GƏNCƏVİ adına Ədəbiyyat İnstututunun baş elmi işçisi,

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin