Hamiləlik zamanı yod çatışmazlığı dölün əqli geriliyinə səbəb ola bilər – MÜTƏXƏSSİS 

Hazırda oxunan: Hamiləlik zamanı yod çatışmazlığı dölün əqli geriliyinə səbəb ola bilər – MÜTƏXƏSSİS 

182869

Hamiləlik zamanı yod çatışmazlığı dölün beyninin inkişafına mənfi təsir edir və zehnin irəlləməsinə mane olur. 

Bizim.Media-nın məlumatına görə, bu barədə Türkiyənin endokrinologiya üzrə mütəxəssisi Feyzi Gökosmanoğlu açıqlama verib.

O, bu dönəmdə yod azlığının körpədə ömürlük zehni geriliyə səbəb olduğunu qeyd edib:

“Son illərdə yod çatışmazlığı artıb. Bu bir çox sağlamlıq problemlərinə səbəb olur. Yod orqanizm üçün kritik əhəmiyyət daşıyır və yod çatışmazlığı qalxanabənzər vəzin qarşısını alaraq bir sıra ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə, hamilə qadınlar, körpələr, uşaqlar və yaşlılar kimi həssas qruplar üçün böyük narahatlıq doğurur. Buna görə də hamiləlikdən əvvəl və hamiləlik zamanı kifayət qədər yod qəbulunun olması böyük əhəmiyyət kəsb edir. Uşaqlarda yod çatışmazlığı böyümə geriliyi, zehni inkişafın geriliyinə gətirib çıxarır. Böyüklərdə yod çatışmazlığı qalxanabənzər vəzin böyüməsinə (zob) və maddələr mübadiləsində problemlərə, zob düyünlərinin yaranmasına səbəb ola bilər”.

Professor yod çatışmazlığının necə aradan qaldırlmasına da aydınlıq gətirib:

“Yod çatışmazlığının qarşısını almaq və müalicə etmək mümkündür. Duzu yodlaşdırmaq lazımdır. Bundan əlavə, pəhrizə yodla zəngin qidaların əlavə edilməsi də yod qəbulunu artıra bilər. Müntəzəm olaraq yod qəbulunu yoxlamaq və lazım gəldikdə yod əlavələri qəbul etmək vacibdir”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin