Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, ETSN-in Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.
"Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 16.03.2024
Havada normadan artıq toz müşahidə olunur - NAZİRLİK
Hazırda oxunan: Havada normadan artıq toz müşahidə olunur - NAZİRLİK
Hazırda oxunan: Havada normadan artıq toz müşahidə olunur - NAZİRLİK
182862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.