“Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri davam etdirilib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat təqdimatında deyib.
O, işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.
Məlumat verilib ki, azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya istismar edilməkdədir, həmin ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 SES-in tikintisi davam etdirilib. 2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:15 / 15.03.2024
Baş nazir: “2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib”
Hazırda oxunan: Baş nazir: “2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib”
Hazırda oxunan: Baş nazir: “2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib”
182780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.