Təhsildə YENİLİK: Ekspert Bankı formalaşdırılır

Hazırda oxunan: Təhsildə YENİLİK: Ekspert Bankı formalaşdırılır

182763

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-yabildirilib ki, Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək.

Namizədlərə qoyulan tələblər:

1. Ali təhsil;

2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə;

3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək);

4. İKT-dən istifadə bacarığı;

5. Komandada işləmək və əməkdaşlıq bacarığı;

6. Qiymətləndirmə və rəy yazmaq bacarığı.

Müraciətlər martın 29-dək qəbul ediləcək. Tələblərə cavab verən şəxslər müraciətlərini nazirliyin saytında müvafiq link vasitəsilə göndərə bilərlər.

Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin