Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, 35 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.
Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 562 ailə olmaqla, 2122 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 15.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO
Hazırda oxunan: Füzulidə daha 35 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO
Hazırda oxunan: Füzulidə daha 35 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO
182712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.