Səbinə Əliyeva: “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası diqqət mərkəzindədir”

Hazırda oxunan: Səbinə Əliyeva: “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası diqqət mərkəzindədir”

18263

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilən 3-cü “Fərqli Fərdlər” Konqresində açılış nitqi ilə çıxış edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, 17-18 aprel tarixlərində onlayn formatda keçirilmiş tədbirin məqsədi ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində dinamik və inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdən ibarət olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ombudsman beynəlxalq təşkilatlara müracit ETDİ - VİDEO


S.Əliyeva Azərbaycanda əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının daim dövlətin diqqət mərkəzində olduğunu, zəruri tədbirlərin həyata keçirildiyini bildirib.

Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərən reabilitasiya mərkəzləri yaradılır.
 

Ombudsman gələcəkdə autizmli uşaqların kompleks şəkildə reabilitasiya proseslərinə cəlb olunması məqsədilə Bakıda bu mərkəzlərin sayının artırılması və ən qısa zamanda regionlarda da yaradılmasının əhəmiyyətinə toxunub.


Səbinə Əliyeva 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvlərinə, həmçinin qazilərimizə Ombudsmanın təşəbbüsü əsasında “Briut” Tibb Mərkəzinin psixoloq və psixiatrlarının iştirakı ilə psixoloji yardım göstərildiyini də iştirakçıların nəzərinə çatdırıb.

Konqresdə müxtəlif qurumlarının rəhbər və nümayəndələri, yerli və xarici ekspertlər çıxış ediblər.

Çıxış və müzakirələr diaqnostika, müşayiət və korreksiya üçün mütəxəssisin düzgün seçilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaq və böyüklərin karantin dövründə vəziyyəti, həmin uşaqların orta məktəbdən sonrakı gələcək həyatı, post-travmatik sindromla bağlı həlak olmuş əsgərlərin ailələrinə və cəbhədən qayıdan əsgərlərə psixoloji dəstək mövzularını əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin