FOSFORLU MƏRMİLƏR: Ermənilərin ikibaşlı təxribatı

Hazırda oxunan: FOSFORLU MƏRMİLƏR: Ermənilərin ikibaşlı təxribatı

1826

Artıq üçüncü gündür ki, Şuşa meşələri od tutub yanır. İşğalçı Ermənistan fosforlu mərmilərlə meşələrdə söndürülməsi mümkün olmayan yanğınlar törədiblər. 

Azərbaycanın Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarında Ermənistanın böyük həcmdə ağ fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə bilgilər var.

Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirib ki, Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələri üçün maneələr yaratmaqdır.

Ermənilərin ekoloji terroru ilə bağlı Bizim.Media-ya münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyir ki, ermənilər onsuz da belləri qırılmış vəziyyətdədirlər. Bir- iki əsgərləri qalıb. Onlar da çalışırlar ki, tülkü kimi gizlənəndə pualarmız onları görməsin:

“Amma Azərbaycan ordusu hər hansı şəraitdən asılı olmayaraq verilən tapşırığı layiqincə yerinə yetirir və yaxın saatlarda düşmənin yaramaz hərəkətlərini öz başında çatladacaq”. 

Ekspert onu d qeyd edir ki, ermənilər Şuşa meşələrinin yandırılması ilə bağlı təxribatçı videolar yayırlar: 

“Videolarda səsli şəkildə şərh verirlər ki, guya bu yanğınları Azərbaycan tərəfi törədir. “Bu nə silahdır, onlar bunu hardan gətiriblər, elə yanğınlar törədir ki, adamlar evindən çıxa bilmirlər” və s. Baxın, videoların birində məhz ermənilərin səsləndirdiyi bu ifadələr var. Çox sakit, panikasız. Yanğınlar isə meşədə, çox uzaqdan çəkilib. Sual olunur, əgər biz bunu etmişiksə, niyə meşələri yandırırıq, axı oradalarda öz əsgərlərimiz qərar tutub”.



Üzeyir Səfərov deyir ki, ermənilərin bu paylaşımını bəzi soydaşlarımız qürurla paylaşırlar, bu yanlışdır, bir az kontentə diqqət yetirin: “Onların bu cür təxribatçı addımları həddən artıq çoxdur. Sonra bütün dünyada səs salacaqlar ki, Azərbaycan ordusu qadağan olunmuş ağ fosforlu mərmilərədən istifadə edir”. 

Ekspert qeyd edir ki, ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi bir çox beynəlxalq təşkilatlar tərəfindən faktlarla təsdiqini tapsa da təəsüf ki, indiyə qədər heç bir ölçü götürülməyib.

Təranə Mirzəyeva, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin