Bankların çağrı mərkəzlərində süni intellektdən istifadəyə başlanılır? – RƏSMİ AÇIQLAMA  

Hazırda oxunan: Bankların çağrı mərkəzlərində süni intellektdən istifadəyə başlanılır? – RƏSMİ AÇIQLAMA  

182575

Fevralın 20-də bank sektorunda süni intellektin önəmi ilə bağlı saytımızda yazı dərc olunmuşdu. Sözügedən məqalədə bankların çağrı mərkəzlərində süni intellektin imkanlarından yararlanmağın müştərilərlə iş baxımından faydalı olduğu qeyd olunmuşdu.

Məqaləni hazırlayarkən, ölkəmizdə fəaliyyət göstərən banklarda süni intellektin imkanlarından nə zaman istifadə edilə biləcəyi ilə bağlı Mərkəzi Banka sorğu ünvanlamışdıq.

Mərkəzi Bankdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəmizdə bankların çağrı mərkəzlərində işçiləri süni intellekt əvəz edəcək? – AÇIQLAMA 


“Bankların çağrı mərkəzlərində süni intellekt əsaslı həllərin tətbiqi müştərilərdən daxil olan sorğuların cavablandırmasını avtomatlaşdırmaqla proseslərin effektivliyini artırır və bu sahədə çəkilən xərcləri optimallaşdırmağa imkan verir. Ölkəmizin maliyyə sektorunda bir sıra banklar tərəfindən çağrı mərkəzlərində süni intellekt əsaslı həllərdən istifadəyə artıq başlanılıb, digər bir qismi tərəfindən isə müvafiq layihələrin icrası planlaşdırılır”.

Surxay Atakişiyev, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin