Xankəndidə vəfat edən polislər dəfn edildi - FOTO

Hazırda oxunan: Xankəndidə vəfat edən polislər dəfn edildi - FOTO

182501

Martın 13-nə keçən gecə saat 03 radələrində işğaldan azad olunan ərazidə - Xankəndi şəhərində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn edilib.

Bizim.Media xəbər verir ki, xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində dəfn edilib.

Vəfat edən polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər iştirak ediblər.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin