Balakəndə şərab evində nöqsanlar AŞKARLANDI - FOTO

Hazırda oxunan: Balakəndə şərab evində nöqsanlar AŞKARLANDI - FOTO

182437

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Balakən şəhəri, H.Əliyev prospekti, 58 b ünvanında fəaliyyət göstərən “Az-Granata” şərab evi pərakəndə satış mağazasında planlı yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Mağazada çalışan işçi heyətin dövri tibbi müayinəyə cəlb olunmadığı, xüsusi geyimlə təmin edilmədiyi, eləcə də müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. İstifadə müddəti bitmiş 12 adda qida məhsulunun satışının həyata keçirildiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb, istifadə müddəti bitmiş qida məhsullarının satışdan kənarlaşdırılması haqqında qərar qəbul edilib. Eyni zamanda uyğunsuzluqların aradan qaldırılması sahəsində metodiki dəstək göstərilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin