Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda azyaşlılar toqquşaraq tonqala yıxıldılar - ANBAAN VİDEO
Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bizim.Media