Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası İnkişaf və Diplomatiya İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi həyata keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidməti departamentindən Bizim.Media-ya bildiriblər ki, layihənin Dövlət Komitəsində təşkil olunmuş təqdimatında onun məqsəd və məramı barədə ətraflı məlumat verilib.
Layihənin koordinatoru Rəsmiyyə Abdullayeva diqqətə çatdırıb ki, sorğu zamanı məcburi köçkünlərin qayıdışla bağlı arzu və təklifləri öyrənilib, onların doğma yurda dönüş barədə qərarlarına təsir edən amillər müəyyənləşdirilib, ilkin proqnozlar hazırlanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma, iqtisadi dirçəliş üçün bütün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Hazırda Dövlət Proqramının Tədbirlər Planı üzrə intensiv iş aparılır, qayıdış prosesi uğurla davam etdirilir.
Layihə çərçivəsində “fokus-qrup” sorğular tədqiqatın əsas metodu kimi seçilib. Sorğulara Şuşa, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Füzulidən olan 170 respondent cəlb olunub.
Sorğu zamanı keçmiş məcburi köçkünlərin 95 faizinin öz doğma yurd-yuvasına qayıtmaq niyyətində olduğu bir daha təsdiqlənib.
Dövlət Komitəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda tədqiqatın nəticələri geniş müzakirə edilib, rəy və təkliflər bildirilib. Tədqiqata dair yekun hesabatda bunların nəzərə alınacağı bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:38 / 13.03.2024
Keçmiş məcburi köçkünlər arasında sorğu: 95 faizi qayıtmaq istəyir
Hazırda oxunan: Keçmiş məcburi köçkünlər arasında sorğu: 95 faizi qayıtmaq istəyir
Hazırda oxunan: Keçmiş məcburi köçkünlər arasında sorğu: 95 faizi qayıtmaq istəyir
182357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.