Qarabağ atları Malıbəylidə tonqal ətrafında dövrə vurdu - FOTO/VİDEO

Hazırda oxunan: Qarabağ atları Malıbəylidə tonqal ətrafında dövrə vurdu - FOTO/VİDEO

182299

Novruz çərşənbələri 30 ildən sonra Qarabağın dilbər guşələrindən olan Malıbəyli kəndində də qeyd edilir, bayram tonqalları qalanır.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Malıbəyli kəndində hazırda intensiv bərpa-quruculuq işləri həyata keçirilir. 

“Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları kəndin tikinti və abadlığı ilə yanaşı, ərazidəki sahibsiz atlara da qulluq edir, onların qayğısına qalırlar. Yel çərşənbəsində Qarabağ atlarını Malıbəylinin dağları ilə çaparaq, Novruz tonqalını alovlandırıblar. 
Malıbəylidə qalanan tonqal həm də bu qədim yurd yerində 30 ildən sonra ocaqların yenidən yanması deməkdir. Tezliklə, Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Laçın şəhəri və Zabux kəndi, Füzuli şəhəri kimi Malıbəyliyə də sakinlərin qayıdışı olacaq, kənddə hər bir evin ocağı yanacaq.

Həmin görüntüləri təqdim edirik: 
 













Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin