Şabranda ana və körpəsinin ölümü həkim səhlənkarlığıdır?

Hazırda oxunan: Şabranda ana və körpəsinin ölümü həkim səhlənkarlığıdır?

182282

Şabranda körpə və ana ölümü ilə bağlı rayonun hüquq-mühafizə orqanları hazırda hadisə yerindədirlər.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Şabran prokurorluğunda faktın araşdırılmasına başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şabranda doğuş zamanı ana və körpəsi ÖLÜB


Ana və körpəsinin ölüm səbəbi də tibbi ekspertizanın rəyindən sonra tam aydın olacaq.

Qurum rəsmisi ana və körpəsinin  ölümündə həkim səhlənkarlığının olub-olmaması faktının da araşdırılacağını bildirib.                                              

Qeyd edək ki, mərhum Nailə Qasımovanın həyat yoldaşı Kərəm Qasımov ölüm hadisələrinin həkim səhlənkarlığı səbəbindən baş verdiyini iddia edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin