Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan KEÇİRİLƏCƏK 

182261

 Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə 17 mart 2024-cü il tarixində kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır. 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Martın 17-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə Bakı ş., Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (5 saylı tədris binası) ünvanında keçiriləcək.
Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin