22 iyun 2017-ci il tarixdə “İstək”x9d liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "26 iyun - Silahlı Qüvvələr Günü"nə həsr edilmiş tələbələr arasında stolüstü tennis üzrə turnir keçirilib.
Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Hüseyn Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov və 24 nəfər ali təhsil müəssisələrinin tələbələri iştirak etmişlər.
xa0
Turnirin açılış mərasimində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Hüseyn Babayev yarış iştirakçılarını “26 iyun ”“ Silahlı Qüvvələr Günü" münasibəti ilə təbrik etmiş, onlara yarışda uğurlar arzulamışlar. Qeyd etmişlər ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır. Natiqlər vurğulamışlar ki, biz hər zaman cənab Ali Baş Komandan nə vaxt əmr verərsə, ordumuz ilə birlikdə Azərbaycan torpaqlarını düşmənlərdən azad etməyə müntəzəm hazırıq.
Turnirin nəticəsinə görə I yeri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Anar İsayev, II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Taleh Rzayev, III yeri isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Xəyal Abbaszadə tutmuşlar.
Qalib gəlmiş tələbələr təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklar ilə təltif olunmuşlar.

































































































