Xəbər verdiyimiz kimi, dünən Masallı rayonu Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində ana və iki azyaşlı övladı dəm qazından vəfat edib.
Bizim.Media xəbər verir ki, dünyasını dəyişən ana və övladlarının fotosu sosial şəbəkələrdə yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Masallıda qadın və iki azyaşlı uşağı dəm qazından öldü, cinayət işi AÇILDI
Qeyd edək ki, hadisə yerində ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılır.
Bizim.Media