​​​​​​​“Azərbaycanda sayı artan qohum evlilikləri hökumətin diqqətindədir” - Bahar Muradova 

Hazırda oxunan: ​​​​​​​“Azərbaycanda sayı artan qohum evlilikləri hökumətin diqqətindədir” - Bahar Muradova 

182189

“2021-ci ildə 2363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə qohum evliiliyinin 2542-dən 608-də boşanma qeydə alınıb".

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə bildirib.

O, bildirib ki, bu istiqamətdə Azərbaycanda ənənələr həmişə özünü göstərib:

“Ailə Məcəlləsinin 12-ci maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Lakin ölkəmizdə əvvəldən qalan ənənə, bu gün də davam etməkdədir. Öz qohumlarım və tanıdığım insanlar arasında da ailə daxilində bu kimi qaydaları pozanların, sonra başqa qanundankənar addımlarına da gətirib çıxardığının şahidi olmuşuq.
Cəmiyyətin fikrini bu cür mövzulara yönəltməliyik. Bu kimi məsələlər hökümətin də diqqətindədir. Hansı ki, 2015-ci ildə nikahdan əvvəl tibbi müayinədən keçməklə bağlı qərar qəbul edildi. Bu qərar tətbiq ediləndə problemlərə səbəb olacağı deyilsə də, normal tətbiq edildi və fiziki qüsurlu uşaqların doğulmasının qarşısı alındı” - deyə, Bahar Muradova bildirib.

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin