Azərbaycan yollarında hərəkət edən əzrail -Video

Hazırda oxunan: Azərbaycan yollarında hərəkət edən əzrail -Video

182163
Az tutumlu yük avtomobilinə o qədər ot bağlaması yığıb ki, aşmağa az qalıb. Görüntülər Bakı-Ələt yolundandır.

Moderator.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, hündürlüyü 2 metrdən çox olan ot bağlaması sola doğru əyilib.

Manevr və ya yanından başqa bir avtomobilin sürətlə keçməsi ot yüklənmiş nəqliyyat vasitəsinin aşmasına səbəb ola bilər. Belə olduqda sürücü özü ilə yanaşı, digər hərəkət iştirakçıları üçün də böyük təhlükə yaradır.

Görüntüləri şərh edən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov hər iki nəqliyyat vasitəsinin sürücüsünün məsuliyyətsizlik etdiyini deyir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, sürücülər yükü elə yerləşdirməlidirlər ki, kənardan 40 sm keçməsin. Yüklə bir yerdə nəqliyyat vasitəsi 2 metr 40 sm-dən çox olarsa, onda həmin sürücü yol polisindən icazə alıb hərəkət etməlidir. Əgər sadalanan qaydaları pozarsa və hündürlük 4 metrdən çox olarsa, həmin sürücü inzibati xətalar məcəlləsinə uyğun olaraq 200 manat cərimə edilə bilər. Amma adi yük daşıma qaydalarının pozulması, yəni kənardan 40 sm çıxarsa və avtomobilin dayanıqlığı pozularsa, onda sürücü 40 manat cərimə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin