Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ikinci cərgədə, avtobus dayanacaqlarında, səkilərdə, eləcə də müəyyən olunmayan digər yerlərdə avtomobillərini saxlayan sürücülər aşkar ediliblər.
Onlara bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu izah edilib və barələrində inzibati protokollar tərtib olunub.
Bizim.Media