“23 Mart-Pakistan Günü” münasibəti ilə “Azərbaycan-Pakistan əlaqələri zamanın sınağında” mövzusunda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda dəyirmi masa keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli Səfiri Bilal Hayi, fəlsəfə elmləri doktoru, professor-siyasi analitik Qabil Hüseynli və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Professor İlham Məmmədzadə tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb. O, daha sonra Azərbaycan və Pakistan arasında elmi sahədə prioritet istiqamətləri açıqlayıb.
Daha sonra çıxış edən direktor müavini Eynulla Mədətli Azərbaycan və Pakistanın tarixi dövlətçilik ənənələri və qarşılıqlı münasibətlərindən danışıb.
Növbəti çıxış üçün söz Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli Səfiri Bilal Hayiyə verilib. Səfir “Pakistan -Azərbaycan: diplomatik əlaqələrdən dostluq və qardaşlıq münasibətlərinə” mövzusu ətrafında fikirlərini bölüşüb.
Fəlsəfə elmləri doktoru, professor-siyasi analitik Qabil Hüseynli isə “Azərbaycan-Pakistan siyasi hərbi əlaqələri: perspektivdə” mövzusuna toxunaraq geniş izah verib.
Dəyirmi masa daha sonra digər elmi işçilərin çıxışları ilə davam edib.
Məhərrəm Əliyev, Nicat Nifrətliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 11.03.2024
“Azərbaycan-Pakistan əlaqələri zamanın sınağında” mövzusunda dəyirmi masa keçirildi – FOTO
Hazırda oxunan: “Azərbaycan-Pakistan əlaqələri zamanın sınağında” mövzusunda dəyirmi masa keçirildi – FOTO
Hazırda oxunan: “Azərbaycan-Pakistan əlaqələri zamanın sınağında” mövzusunda dəyirmi masa keçirildi – FOTO
182076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.