Naxçıvanda qarın hündürlüyü 23 santimetrə çatıb

Hazırda oxunan: Naxçıvanda qarın hündürlüyü 23 santimetrə çatıb

181922

Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.

Bu barədə Bizim.Media-ya muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saat 07:00-da qarın hündürlüyü Nürgütdə (Ordubad) 23, Küküdə (Şahbuz) 19, Ərəfsədə (Culfa) isə 5 santimetr olub.

Yağıntının miqdarı isə Naxçıvanda 5, Şahbuzda 2, Şərurda 4, Ordubadda 3, Culfada 2, Kəngərlidə 6, Sədərəkdə 2 millimetr olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin