Elmar Məmmədyarovun "incə diplomatiyası" erməni işğalını necə pərdələyir?

Hazırda oxunan: Elmar Məmmədyarovun "incə diplomatiyası" erməni işğalını necə pərdələyir?

181878
Minsk qrupu həmsədrlərinin Bakıya gözlənilən səfəri ərəfəsində konfliktoloq Elxan Mehdiyevin məqaləsi yerinə düşür və “diplomatiya dərsi”x9d kimi dəyərləndirilməlidir.xa0

Moderator.az dəyərli bir yazını oxucularına təqdim edir.

-XİN başçısı son ilərldə erməni işğalını ifadə etmək üçün yeni termindən istifadəyə keçib. Bu termin artıq görünür rəsmi siyasətə çevrilib, çünki nazirin ifadəsindən sonra digər yüksək rəsmilər də bu termindən istifadə edirlər. E-Məmmədyarov erməni işğalını belə ifadə edir: Ñx8dто наличие армÑx8fнÑx81ких вооруженных Ñx81ил на территории Ðx90зербайджана -erməni hərbi qüvvələrinin Azərbaycanda olması və ya mövcudluğu və ya ingiliscə presence of Armenian armed forces in Azerbaijani territories. Və məsələnin həllini də belə görür: И в первую очередь хочетÑx81Ñx8f Ñx81казать, что Ñx81олдаты проÑx81то должны вернутьÑx81Ñx8f в казармы и тогда Ñx8dто откроет колоÑx81Ñx81альные возможноÑx81ти. ......

Buradan nə anlaşılır? xa0İşğaldan xəbəri olmayan və ya az xəbəri olan beynəlxalq dairələr üçün bu, daha çox başqa dövlətin (burada Ermənistanın) hərbi qüvvələrinin Azərbaycanda mövcud olan xa0hərbi bazasından xa0söhbət getdiyi anlamına gəlir. Məsələn, indiki halda NATO qüvvələrinin Rusiya ilə sərhəd NATO ölkələrinə yeridilməsi xa0və Rusiyanın Ermənistandakı və xa0Pridnestrde olan qüvvələri və ya 10 il öncə Suriyanın Livandakı hərbi qüvvələri həmən наличие xa0anlamı mənasındadır.
İşğaldan səhti xəbəri olan və ya bu bölgədə Ermənistan ilə Azərbaycan arasında münaqişəli vəziyyət və ya DQ üzərində mübahisə olduğunu düşünən əksər dairələr üçün sadəcə Azərbaycanlılar yaşayan bölgələrə erməni qoşunlarının yeridildiyini və danışıqların da bu qüvvələrin çıxarılması üzərində getdiyi başa düşülür. Çünki dünyanın hər yerində və tarix ərzində lap elə ərazi işğal olunan halda da yerli əhali və ya şəhərlər və kəndlər yerində qalır və əhali öz evində, torpağında yaşayır və işğal qüvvələri sadəcə bu ərazidə siyasi nəzarəti təmin edir. İkinci Dünya müharibəsində də bu cür olmuşdu. Belə hallarda "наличие xa0вооруженных Ñx81ил və ya presence of armed forces" ifadələri işlədilir və bu hal daha çox qüvvə yeridən tərəfin təhlükəsizlik və sabitliyi təmin etmək qayğılarından irəli gəlir. xa0B cür dairələrin sayı illər keçdikcə xa0çoxalır, çünki xarici ölkələrdə yeni nəsil üçün bu məsələ bizim üçün Kəşmir məsələsi kimi qaranlıq olur. Məsələn,şəxsən mənimlə olan söhbətlərdə,dəqiq deyim, Türkiyədə, Bolqarıstanda, Avropa parlamentində və NATO dairələrində erməni işğalında olan ərazilərdə azərbaycanlıların yaşadığını deyən və mənim xa0yanlış informasiya verdiyimə etiraz edən parlamentarlar, jurnalistlər, ekspertlər və siyasilər olmuşdur... xa0İndiki halda Kosovoda olan NATO qüvvələri və ya Əfqanıstandakı və İraqdakı ABŞ və NATO qüvvələri qismən olaraq bu funksiyaları yerinə yetirən qüvvələrə aiddir. Və ya Türkiyənin Kıprısa yeritdiyi qüvvələr əvvəllər işğalçı qüvvələr sayılsa da,Türk diplomatiyası və Kıprısdakı demokratik proseslər indi onu "presence" və ya "наличие " formasına salmışdır.

Bu baxımdan E. Məmmədyarovun işlətdiyi dil və terminlər dünya ictimaiyyətinin, o cümlədən, vəziyyətdən xəbərsiz olan Avropa Parlamenti və xa0Avropa Şurasındakı siyasətçilərin, NATO-nun və ayrı-ayrı ölkərlərin bu məsələ ilə bağlı bəyənatlarınn dilinin və məzmununun daha da yumşalmasına və ümumi ifadələr formasına düşməsinə gətirir və erməni işğalının uzanmasna aparır.

Məmmədyarovun bu “incə diplomatik dilinə”x9d uyğun olaraq, faktiki erməni tərəfi də "наличие армÑx8fнÑx81ких вооруженных Ñx81ил v Karabaxe" xa0"Azərbaycanın DQ-a olan təcavüzünü əngəlləməkdən ötrü" olduğunu bildirir.

Məsələ ilə tam tanış olan dairələr üçün və məsələn, Minsk Qrupu həmsədləri üçün bu cür dilin nə məna daşıdığına baxaq. BMT TŞ 7 rayonun işğalını tanımış və MQ Həmsədrlərinin Madrid prinsipləri də DQ ərtafı rayonların işğal olunduğunu sənədlərdə əks etdirmişdir. xa0Amma onlar özləri açıq çıxışlarında bu ərazilərin işğal olunduğunu və ya işğal olunmuş ərazilər olduğunu deməyə çalışmırlar, çünki əgər onlar daimi belə deyərsə ,o zaman digər beynəlxalq qurumlar olan NATO, Avropa Şurası, Avropa parlamenti və BMT strukturları da gündəlik bəyanatlarında Minsk Qrupuna isnad edərək işğal deyəcəklər. Bu baxmdan həmsədrlər işğalı maskalayan termin olan ve heç kimi ittiham etməyən "status kvo" terminindən istifadə etməklə erməni tərəfini işğalçı məsuliyyətindən azad edir və E.Məmmədyarov da onlara qoşularaq ancaq "status kvo" deyir. Bu çox fəlakətli haldır. Hamımıza məlumdur ki, 2008 ilində BMT-də , sonralar Avropa Şurasında və Avropa Parlamentində erməni işğalı ilə bağlı qətnamələrin əleyhinə xa0həmsədrlər hansı ölüm - dirim savaşı aparırdılar və beynəlxalq birliyi bu məsələyə yaxın qoymamaqla işğalı gizlətmək və məsələni lokallaşdırmaq siyasəti yürüdürlər. Bu kontekstdə Məmmədyarovun bəyanatları onlarla eyni səsləşir və öz dilini həmsədlərin dili ilə eyniləşdirmək yolu tutur.

Yəqin ki, həmsədrlər xa0ona xa0düşmən ritorikası (hostile rtetoric)dilindən istifadə etməməyi tövsiyə etmişlər xa0və o da daha dərinə gedərək, Azərbaycan torpaqlarnn işğalını kənara qoyaraq “işğal”x9d yox, mövcud durum (status qvo), işğalçı qüvvələr yox - erməni qüvvələrinin Azərbaycan torpaqlarında mövcudluğu (nalicie-presence) deməklə erməni tərəfini işğalçı məsuliyyətindən azad edən terminlərdən istifadə edir. O zaman biz niyə dünya birliyini qınayrıq ki, o işğalçının adını demir, işğalçı ilə təcavüzə məruz qalana eyni gözlə baxır? Bu ya bilməməzlikdən irəli gəlir, ya da kimlərinsə tövsiyələri əsasında hərəkət edən nazirin davranışından...? xa0Bu suala kim cavab verəcək? Bəs nazirliyin hüquqşünaslarıları nə deyir? Onlar bu işi bilirlər axı.

Əgər məsələ tövsiyədən doğursa ,o zaman bəs həmsədrlərin tövsiyəsinə uyğun olaraq Nalbandyan necə hərəkət edir? O isə əksinə, beynəlxalq görüşlərdə və Lavrovun yanında Azərbaycanı işğalçılıqda, təcavüzdə, terrorçuluqda ittiham edir və daha da dərinə gedərək Azərbaycan əsgərinin terrorçu İŞID rolunu oynadığını, erməni əsgərinin başını kəsdiyini və xa0o əsgərə medal verildiyini Lavrovun yanında və ya ATƏT XİN görüşündə deyir. xa0Xarici siyasətimizin rəhbəri isə- ”x9dbu məsələ son illər danşılır”x9d, "stolun üstündə olan plandan bu işlə məşğul olanların xəbəri var”x9d, ”x9dməsələni yerindən tərpətmək lazımdır”x9d, ”x9dsiyasi iradə lazımdır”x9d sözləri xa0ilə ikrah hissi dogurmaqda davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin