“Qohumbazlıq, korrupsiyanın tüğyan etməsi sirr deyildi” - Məleykə Abbaszadədən ŞOK AÇIQLAMALAR

Hazırda oxunan: “Qohumbazlıq, korrupsiyanın tüğyan etməsi sirr deyildi” - Məleykə Abbaszadədən ŞOK AÇIQLAMALAR

18176

Ölkədə mərkəzləşdirilmiş imtahan sistem tətbiq olunana qədər ali məktəblərə qəbul sistemində subyektivlik, o cümlədən qohumbazlıq, favoritizm və digər növ bariz korrupsiya hallarının tüğyan etməsi heç kimə sirr deyildi”

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtaham Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qurumun feysbuk hesabından ona ünvanlanan suallara cavabında deyib. 

DİM rəhbəri bildirib ki, neqativ hallarla yanaşı, sistemin mahiyyətindən irəli gələn vahid standart və meyarların olmaması da qeyri-obyektiv qiymətləndirməyə və nəticə etibarı ilə ədalətsizliklərə səbəb olurdu.

"Nəzərə alınmalıdır ki, istənilən cəmiyyətdə asan yolla öz istəklərinə nail olmaq istəyən insanlar sistemdəki boşluqları sürətlə müəyyən edir və ondan istifadə edirlər.

Bu cür boşluqları olan sistemdə cəmi bir neçə pis niyyətli şəxsin olması kifayətdir ki, bütün akademik ictimaiyyətin etibarını şübhə altına qoysun və vətəndaşların dövlətə olan inamını zədələsin. İnsan faktorunun təsirini minimuma endirən, aydın standartlara əsaslanan avtomatlaşdırılmış şəffaf qiymətləndirmə və seçmə sistemi qeyd olunan neqativ halları demək olar ki, tamamilə ortadan qaldırdı".

M.Abbaszadənin sözlərinə görə, yaxşı planlaşdırılmış mərkəzləşmiş sistemlərin tətbiqi yerlərdə korrupsiyanın qarşısını almaq və vahid xidmət standartlarının tətbiqi baxımından səmərəli yanaşmadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin