“Madam terror edəcəksiniz, gedin İrəvanda edin!”x9d - MİLLƏT VƏKİLİ...

Hazırda oxunan: “Madam terror edəcəksiniz, gedin İrəvanda edin!”x9d - MİLLƏT VƏKİLİ...

181758
Məlum olduğu kimi, Türkiyədə İŞİD üzvü olan və polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan beş kamikadzedən üçünün azərbaycanlı olduğu bəlli olub. Xatırladaq ki, bundan öncə də Türkiyədə saxlanılan terrorçular arasında azərbaycanlılara rast gəlinib.xa0

Maraqlıdır, azərbaycanlılarınadının bu kimi olaylarda halanması nə ilə bağlıdır? Bu tendensiya ölkəmizə nə vəd edir?

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu insanların böyük əksəriyyəti aldadılmış insanlardır. Onlar müxtəlif vaxtlarda kamplarda yerləşdirilib və artıq şüur olaraq, düşüncə olaraq sıradan çıxarılmış insanlardır. Odur ki, onları mənbə olaraq azərbaycanlı adlandırmaq oalr. Mahiyyətcə isə onlar terror təşkilatlarının əlində alətə çevrilib. Azərbaycanlı əgər özünü terrora hazırlayıbsa, bunu İrəvanda etməlidir. Yaxud erməni işğalındakı digər ərazilərdə etməli, bununla ermənilərin məhvinə çalışmalıdır. Xocalının, Kəlbəcərin qisasını almağa cəhd etməlidir.
Bu cür terrorçulara azərbaycanlı deməyin özü də yanlışdır. Onlar vətəndaş olaraq bizim ölkədən gedən insanlardır. Bunlar Azərbaycana da nifrət edən şəxslərdir. Əgər onlar hansı ideya uğrunda çalışdığını bilmirsə, Türkiyə kimiqardaş ölkəyə qarşı ləyaqətsiz hərəkət edirsə, insanları məhv etməyə çalışısa, onlar həqiqətən də utancverici insanlardır. Biz bu insanlaırn terror hərəkatının qurbanına çevrulməsinin qarşısını almaq üçün tədbriləri gücləndirməliyik. Maarifçilik və digər profilaktiki tədbirlər geniş şəkildə aparıllmalıdır ki, bu cür hallar baş verməsin. Bunlar cəhalətdən doğan hallardır və dövlət tərəfindən bu cür hallara qarşı kifayət qədər ciddi və qətiyyətli addımlar atılır”x9d.

Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin