Elşad İskəndərov: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm islamofobiyanın təzahürüdür”

Hazırda oxunan: Elşad İskəndərov: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm islamofobiyanın təzahürüdür”

181711

“Bu gün biz bir qadın, qadın təhsili fədakarı və eyni zamanda bir İslamofobiya qurbanının xilasını qeyd edirik. Evian şəhərində vandalizm və qadağaya məruz qalan Xurşidbanu Natəvanın heykəli xilas edilərək Parisdəki Azərbaycan mədəniyyət mərkəzində yerləşdirilib. Bunun 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində baş verməsi dərin rəmzi məna daşıyır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışında deyib.

Səfirin sözlərinə görə Natavanın Evian şəhərindəki heykəlinin vandalizmə məruz qalması Fransda İslamofobiya ənənəsinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. 

“Bu mərhələnin arxasında Fransanın yeni imperial siyasətinin o cümlədən Cənubi Qafqaz siyasətinin süqutunun sancıları durur. Azərbaycan Fransa torpağında bir qadın emansipasiyası və eyni zamanda mədəni şovinizm və İslamofobiya qurbanı rəmzini xilas etməklə bu siyasətin mənəvi cəhətdən də süquta uğradığını bir daha nümayiş etdirdi”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin