“Elşad Mirinin bu fikirlərinə görə dindən çıxıram” - İlahiyyatçıdan etiraz VİDEO

Hazırda oxunan: “Elşad Mirinin bu fikirlərinə görə dindən çıxıram” - İlahiyyatçıdan etiraz VİDEO

18169

“Bu gün Azərbaycanda insanların dindən soyumalarının başlıca səbəbi din xadimlərinin özüdür”.

Bizim.Media xəbər verir ki, bunu tanınmış ilahiyyatçı Elşad Miri sosial media hesabında deyib. 

O bildirib ki, bu məsələdə də günah bir tərəfli deyil:

“Dini araşdıran insan niyə məhz kiminsə üzərində dayanmalıdır? Niyə fikirləşməlidir ki, Elşad Mirinin bu fikirlərinə görə dindən çıxıram və ya dinə gəlirəm? Səhvsiz insan yoxdur. Allah Quranda da peyğəmbərlərin günahından bəhs edir. Mən müraciət etdiyim kitaba baxıram. Çünki səhvsiz dost axtrasam dostsuz qalaram”.

İlhiyyatçının sözlərinə görə, din xadimləri islamı peşə halına gətiriblər:

“Dindən istifadə edirlər, dinə qzanc mənbəyi kimi baxırlar. Reklam və şou biznesin fərqli forması kimi təqdim edirlər. Onlar öz qazanclarını bu cür qururlar. Lakin Quranda deyilən sözlərdən biri də odur ki, biz sizdən heç bir mənfəət gözləmirik. Biz gözümüzü sizin cibinizə dikməmişik”.

Din üzərindən pul qazanmağı doğru olmadığını vurğulayan E. Miri bildirib ki, o, yaşam və həyat tərzidir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin