Rusiyadan Azərbaycana ilk müntəzəm ekspres yük qatarı YOLA DÜŞDÜ

Hazırda oxunan: Rusiyadan Azərbaycana ilk müntəzəm ekspres yük qatarı YOLA DÜŞDÜ

181680

Rusiyadan Azərbaycana ilk müntəzəm yük ekspresi qatarı yola düşüb. İlk müntəzəm yük ekspresi qatarı ilə Azərbaycana və İrana yük daşınır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Şimal Dəmir Yolu idarəsi məlumat yayıb. 

Məlumatda deyilir ki, Qatar Komi Respublikasının Mikun stansiyasından Samur stansiyasına doğru yola çıxıb.
Qatar Rusiyanın 10 ağac emalı müəssisəsinin məhsullarını daşıyır. Bölgənin müxtəlif stansiyalarında, yəni Çovyu, Koytı, Mejoq və Sıktıvkarda yüklər qatara yüklənib. “Yük Ekspresi” qatarı qrafikə uyğun olaraq, yol boyu vaqonları emal etmədən malların, o cümlədən kiçik həcmli yüklərin sürətli çatdırılmasını təmin edir. Bu da kiçik və orta biznes sahibləri üçün əlverişli imkanlar yaradır.

“Yük Ekspresi” ilə çatdırılma müddəti 9 gündür. Bu da əvvəlki daşıma müddətindən 2 dəfə tezdir.

Məlumatda o da bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması üzrə işlər Azərbaycan və Rusiya tərəfindən davamlı olaraq həyata keçirilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin