İslamofobiya dünyada epidemiya kimi yayılıb.
Bizim.Media “Report”a istinadən xəbər verir ki, bu barədə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) Baş katibi professor Mahmut Erol Kılıç Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, islamofobiya kifayət qədər artıb:
"Biz bunu epidemiya kimi qələmə versək, yanılmarıq. Bunun sosial müayinəsi cərəyan edən hadisələrlə həmahəng olmalıdır. İslamofobiya şəxsi zəmində qərəz, ictimai münasibətlərdə öz mənfi təzahürünü büruzə verir. Dinindən, dilindən, irqindən müxtəlif cəmiyyətlərin bir arada yaşaması üçün islamofobiya ilə birgə mübarizə aparılmalıdır. Neokolonalizm, orientalizm, kimisə digərlərindən fərqləndirmək cəhdləri, qaradərili insanları şeytan kimi qələmə verilməsi cəhdləri qəbuledilməzdir".
Baş katib bildirib ki, müsəlmanların dini etiqadına görə ayrı-seçkiliyə məruz qoyulması yolverilməzdir:
"Müsəlman cəmiyyəti olaraq bizim digərlərinə nisbətdə daha böyük potensialımız var. Müqəddəs kitabımız Quranda da Allahın müjdəçiləri arasında heç bir fərq qoyma deyilir. Dinimiz də insanlar arasında aryı-seçkilik etməməli olmadığımızı buyurur. Bu baxımdan dini etiqadından asılı olmayaraq hər bir insana tolerant yanaşmağı bacarmalıyıq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 08.03.2024
IRCICA-nın Baş katibi: İslamofobiya dünyada epidemiya kimi yayılıb
Hazırda oxunan: IRCICA-nın Baş katibi: İslamofobiya dünyada epidemiya kimi yayılıb
Hazırda oxunan: IRCICA-nın Baş katibi: İslamofobiya dünyada epidemiya kimi yayılıb
181669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.