8 Mart – Beynəlxalq Qadınlar Bayramı Günü şimal bölgəsində təbiətin xoş sürprizi yaşanıb.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar düşüb.
Ən çox qar Qubanın Xınalıq kəndinə yağıb - 6 sm. Xınalıqda həmçinin 6 dərəcə şaxta qeydə alınıb. Qrız kəndində isə qarın qalınlığı 3 sm, havanın temperaturu isə mənfi 6 dərəcə olub.
Bundan əlavə, Qusarın Ləzə və Həzrə kəndlərinə də qar yağıb.
Qeyd edək ki, baharın ilk ayında qar yağması el arasında bolluq-bərəkət rəmzi hesab olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu