Bizim.Media - nın əldə etdiyi məlumata görə Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işlədiyi zaman Bakıda ən bahalı geyim mağazalarından hesab edilən "Stefano Ricci" - dən mütəmadi olaraq aliş veriş edib.
Belə ki, Nazim İbrahimovun burada xüsusi endirimləri, o cümlədən 300 000 manata qədər güzəştli ödəmə xətti olub.
Nazim İbrahimov buradan vəzifədə olduğu zaman özü, ailəsi, dostları üçün, eyni zamanda hədiyyələr almaq məqsədilə milyonlarla manatlıq alış-veriş etmişdi. O, bu dükanın ən yaxşı müştəriləri arasında idi.
Nazim İbrahimov vəzifədən gedəndən sonra bəlli olur ki, sən demə, onun "Stefano Ricci"yə 128 000 ABŞ dolları borcu qalıbmış.
Məşhur geyim mağazası bir neçə dəfə xəbərdarlıq etsə də Nazim İbrahimov buna məhəl qoymayıb.
Nəticədə bu məsələ məhşur brendlə keçmiş komitə sədri arasında münasibətlərin kəskin pisləşməsinə səbəb olub.
Yeri gəlmişkən "Stefano Ricci" keçmiş məmurlarla problem yaşayan yeganə geyim dükanı deyil. (qaynarinfo.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 17.04.2021
Nazim İbrahimov ilə "Stefano Ricci" arasında QALMAQAL
Hazırda oxunan: Nazim İbrahimov ilə "Stefano Ricci" arasında QALMAQAL
Hazırda oxunan: Nazim İbrahimov ilə "Stefano Ricci" arasında QALMAQAL
18157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.