Otuz beş təşkilatda 4,9 milyon manat artıq və əsassız ödənişlərə yol verilib

Hazırda oxunan: Otuz beş təşkilatda 4,9 milyon manat artıq və əsassız ödənişlərə yol verilib

181567

Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, həmin dövrdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluqdan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 36 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 2083,5 mln. manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb.

Həmin təşkilatların 35-də 1635,1 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 4,9 milyon manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib.

Həmin vəsaitlərin 3,7 milyon manat hissəsinin nəzarət tədbirlərinin gedişində bərpası təmin edilib və 1,2 milyon manatının isə bərpa olunması ilə əlaqədar tədbirlər görülür. İş planına əsasən, 1 təşkilatda aparılan nəzarət tədbiri ilə 448,4 milyon manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3,1 milyon manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin