Azərbaycanda tələbələrin ali təhsil müəssisəsinə bərpa olunması qaydaları dəyişib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Yeni qaydalarda qeyd olunub ki, ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunacaqlar.
Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna biləcək.
Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:52 / 07.03.2024
Azərbaycanda tələbələrin universitetlərə bərpa olunması qaydası dəyişdi
Hazırda oxunan: Azərbaycanda tələbələrin universitetlərə bərpa olunması qaydası dəyişdi
Hazırda oxunan: Azərbaycanda tələbələrin universitetlərə bərpa olunması qaydası dəyişdi
181495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.